Dünya klublarının reytinq cədvəli yenilənib.

Futbolinfo.az saytının məlumatına görə, Azərbaycan klublarından “Qarabağ” ən yüksək göstəriciyə malik olmaqda davam edir. Ağdam təmsilçisi son cədvəllə müqayisədə bir pillə irəliləyərək 181-ci yerə yüksəlib.

“Qarabağ”la yanaşı, “Sabah”, “Turan Tovuz”, “Neftçi”, “Şamaxı”, “İmişli” və “Karvan-Yevlax”da da irəliləyiş müşahidə olunub. Xüsusən də yevlaxlılar 156 pilləlik sıçrayışla diqqət çəkiblər. Digər debütant “İmişli” isə 88 komandanı qabaqlayıb.

“Zirə” reytinqdə əvvəlki mövqeyində qalıbsa, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Qəbələ” və “Kəpəz” geriləyib. Gəncəlilər düz 127 addımlıq geriləmə ilə yadda qalıb.

181 (1). “Qarabağ” – 80,8 xal

288 (20). “Sabah” – 79,1

544 (0). “Zirə” – 75,6

659 (6). “Turan Tovuz” – 74,3

666 (17). “Neftçi” – 74,2

1000 (-60). “Araz-Naxçıvan” – 71,4

1275 (70). “Şamaxı” – 69,4

1393 (88). “İmişli” – 68,6

1583 (-22). “Sumqayıt” – 67,6

1672 (-87). “Qəbələ” – 67,2

2077 (-127). “Kəpəz” – 65,4

2535 (156). “Karvan-Yevlax” – 63,6

Shares: