Misli Premyer Liqasında oyunların birinci hissəsindən sonra turnir cədvəli müəyyənləşib.
Futbolinfo.az saytının məlumatına görə, çempionatın lideri “Sabah” ilk yarıdakı performansda da hamını qabaqlayır. “Sabah”la ən yaxın izləyicisi “Qarabağ” arasında fərq ümumi nəticələrlə yanaşı, birinci hissələrdəki çıxışda da 10 xala bərabərdir.
Birinci hissələrdəki nəticələrdə “Sumqayıt” autsayderdir. Diqqət çəkən məqamlardan biri oyunlarda “Şamaxı” 18, “İmişli” isə 17 dəfə fasiləyə rəqibləri ilə heç-heçə yollanıb.
Qeyd edək ki, hazırda “Sabah” 66 xalla turnir cədvəlinə başçılıq edir, “Karvan-Yevlax” isə 11 xalla sonuncudur.
| Yer | Komanda | O | Q | H | M | T-F | X |
|---|---|---|---|---|---|---|---|
| 1 | Sabah | 27 | 14 | 11 | 2 | 32-7 | 53 |
| 2 | Qarabağ | 26 | 11 | 10 | 5 | 23-9 | 43 |
| 3 | Turan Tovuz | 27 | 10 | 12 | 5 | 15-7 | 42 |
| 4 | Zirə | 27 | 11 | 9 | 7 | 18-16 | 42 |
| 5 | Neftçi | 26 | 8 | 15 | 3 | 18-8 | 39 |
| 6 | Araz-Naxçıvan | 27 | 8 | 10 | 9 | 16-23 | 34 |
| 7 | Şamaxı | 27 | 5 | 18 | 4 | 11-8 | 33 |
| 8 | İmişli | 27 | 5 | 17 | 5 | 10-13 | 32 |
| 9 | Karvan-Yevlax | 27 | 5 | 11 | 11 | 10-26 | 26 |
| 10 | Qəbələ | 27 | 4 | 13 | 10 | 12-22 | 25 |
| 11 | Kəpəz | 27 | 4 | 9 | 14 | 11-28 | 21 |
| 12 | Sumqayıt | 27 | 2 | 13 | 12 | 10-19 | 19 |






