Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. Yevgeni Kukseviçin başçılıq etdiyi komanda Qazaxıstan yığması ilə qarşılaşacaq.

Oyun Aktau şəhərindəki “BS Arena”da, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanıb.

Shares: