Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın digər iki iştirakçısı müəyyənləşəcək. Buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gələcək.

“Arsenal” İngiltərədə “Sportinq”lə üz-üzə gələcək. “Real” isə Almaniyada “Bayern”in qonağı olacaq. Londonlular səfərdə qazandığı minimal üstünlüyü qorumağa çalışacaqsa, madridlilər revanş etməlidir.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

23:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya)

İlk oyun – 1:0

23:00. “Bayern” (Almaniya) – “Real” (İspaniya)

İlk oyun – 1:2

Qeyd edək ki, artıq “Atletiko” (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.

Shares: