“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasında “Atletiko”ya qarşı keçirdikləri oyunu şərh edib.

Alman çalışdırıcı UEFA-nın saytına 2:1 hesabıyla bitən matçdan sonra bunları deyib: “Əlbəttə, hamımız məyusuq, çünki xüsusilə birinci hissədə çoxlu şanslarımız var idi. Üçüncü qolu vurmaq imkanımız oldu, amma sonda qol buraxdıq. Bəxtimiz gətirmədi, bir az daha yaxşı oynamalı idik, amma bunu qəbul etməliyik. Bu futboldur – hər şey xırda detallara bağlıdır. İki oyunun nəticəsinə əsasən düşünürəm ki, yarımfinala çıxmağa layiq idik. Ən yadda qalan məqam fantastik oyunumuz oldu. Hətta azlıqda oynadığımız vaxtda belə bu, məni çox sevindirdi və komanda ruhunu aydın şəkildə göstərdi. Məhz bunu vurğulamaq istəyirəm. Oyunçular özləri ilə fəxr edə bilərlər”.

“Barselona” cavab oyununda qələbə qazansa da, ilk matçdakı 0:2 hesablı məğlubiyyətə görə mübarizəni dayandırıb.

Shares: