İlin ikinci “Böyük dəbilqə” turniri olan “Rolan Qarros”un iştirakçıları müəyyənləşib. Mayın 18-də start götürəcək və iyunun 7-də yekunlaşacaq kişilərin yarışında 104 tennisçi mübarizə aparacaq.

Ən çox tennisçi ABŞ-dən olacaq. Bu ölkənin 16 idmançısı mübarizə aparacaq. İtaliyadan 7, İspaniyadan isə 6 tennisçi olacaq.

Xatırladaq ki, keçən il turnirin qalibi Karlos Alkaras olub. O, finalda Yannik Sinnerə 3:2 hesabı ilə qalib gəlib. Görüş 5 saat 29 dəqiqə davam edib.

9aebffe4 edf8 4965 9b0c 6b1dc75d4e84 - Futbolinfo.az
Shares: