Əfsanəvi “Talladeqa Superspidvey”də keçirilən NASCAR Kuboku Seriyasının 10-cu raundunda təxminən 30 avtomobilin iştirakı ilə qəza baş verib. Dörd nəfər istisna olmaqla, demək olar ki, bütün sürücülər  qəzaya uğrayıb.

Hadisə 115-ci dövrədə baş verib. Yarışa liderlik edən Bubba Vallas və onun arxasındakı Ross Çesteyn daxili zolaqdan orta zolağa keçiblər. Onların arxasında “Team Penske” komandasının pilotları Rayan Blani və Co Loqano olub. Loqano Bleniyə toxunub, o da öz növbəsində Çesteynin arxa bamperinə vurub.

Toqquşma kütləvi qəzaya səbəb olub. Maraqlıdır ki, qəzada heç bir sürücü xəsarət almayıb və yarış qısa fasilədən sonra davam edib.

Karson Hosevar yarışda qalib gəlib. Kris Buşer ikinci, Aleks Bouman üçüncü yeri tutublar.

NASCAR Kuboku Seriyası:

1. Karson Hosevar  (Spayr Motorsports / Şevrole)

2. Kris Buşer (RFK Reysinq / Ford) +0.114 san.

3. Aleks Bouman (Hendrik Motorsports / Şevrole) +0.140 san.

4. Çeyz Elliott (Hendrik Motorsports / Şevrole) +0.184

5. Zeyn Smit (Front Rou Motorsports / Ford) +0.208

6. Riki Stenhaus Jr. (Hayak Motorsports / Şevrole) +0.252

7. Ross Çesteyn (Trekhaus Reysinq / Şevrole) +0.271

8. Ostin Sindrik (Team Penske / Ford) +0.397

9. Noah Qreyqson (Front Rou Motorsports / Ford) +0.461

10. Kyle Buş (Riçard Çildress Reysinq / Şevrole) +0.545

Shares: