Formula 1 üzrə dördqat dünya çempionu Sebastyan Fettel xeyriyyə məqsədilə London Marafonunda iştirak edib. Alman idmançı jurnalist Tom Klarksonla birlikdə iki xeyriyyə təşkilatı – Beyin və Onurğa Fondu və Qran-Pri Fondu üçün vəsait toplayıb.

Fettel məsafəni 2 saat 59 dəqiqə 8 saniyəyə başa vurub ki, bu da həvəskar qaçışçı üçün yüksək göstəricidir. Jurnalist Klarkson finiş xəttini 3:58.51 saniyəyə qət edib.

Fetteldən əlavə, marafona Superbayk üzrə keçmiş dünya çempionu Silven Quintoli də qatılıb. 43 yaşlı fransız idmançı xərçəngdən vəfat edən oğlu Lukanın xatirəsinə motosiklet yarış kostyumu geyinərək məsafəni 3 saat 47 dəqiqəyə başa vurub.

Yarışın qalibi 1:59.30 saniyəlik nəticə ilə keniyalı Sebastyan Save olub. Bu həm də marafonda yeni dünya rekordudur.

Shares: