Hakan Çalhanoğlunun zədəsinin təfərrüatları məlum olub.

“İnter”in yarımmüdafiəçisi zədə səbəbindən A Seriyasının 34-cü turunda “Torino” ilə heç-heçə bitmiş oyunu buraxıb. Bu gün Milan klubu oyunçunun sol ayaq əzələsində zədə olduğunu açıqlayıb.

Tanınmış jurnalistlər Tankredi Palmieri və Daniele Marinin verdiyi məlumata görə, 32 yaşlı futbolçu “Latsio” ilə İtaliya Kubokunun finalını və mövsümün qalan hissəsini buraxa bilər. Lakin türk futbolçunun Dünya Çempionatına qədər sağalacağı gözlənilir.

Bu mövsüm Çalhanoğlu A Seriyasında 22 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Shares: