İtaliyada VAR hakimləri ilə bağlı maraqlı iddialar ortaya çıxıb. VAR-da oturan hakimlərə gizli əl işarələri təsirin olması söylənilir.

Xatırladaq ki, bir müddət əvvəl A Seriyası hakimlərinin rəhbəri Canluka Rokki prokurorlar tərəfindən qanun pozuntusunda, idman saxtakarlığında və “İnter”in lehinə hakimlərin seçilməsində ittiham edilmişdi.

“Football Italia”nın verdiyi məlumata görə, müstəntiqlər VAR qərarlarına təsir edənlərin hakimi monitora çağırıb-çağırmamaq barədə gizli əl işarələri olduğunu hesab edirlər. Qaldırılmış əl “müdaxilə etmə”, sıxılmış yumruq isə “hakimi monitora çağır” demək idi.

Misal olaraq, 2025-ci ilin mart ayında “Udineze” – “Parma” matçında baş verən hadisəni göstərmək olar: video köməkçi hakim Daniele Paterna penalti ilə nəticələnə biləcək bir hadisəni təhlil etsə də, hakimi monitora çağırmamağı seçmişdi. Lakin bir anda Paterna sağındakı adama dönərək – “Bu, penaltidirmi?” soruşub. Yalnız bundan sonra o, baş hakimi təkrarı izləməyə dəvət edib.

Shares: