“Real”ın və Braziliya millisinin müdafiəçisi Eder Militao zədə səbəbindən uzun müddət oynaya bilməyəcək.

“El Mundo”nun jurnalisti Abraham Romeronun məlumatına görə, 28 yaşlı futbolçu bu həftə əməliyyat olunacaq və bundan sonra ən azı beş ay müalicə alacaq. Bu o deməkdir ki, o, yaydakı mundialda oynaya bilməyəcək.

Bir neçə gün əvvəl Militaonun bud zədəsi səbəbindən mövsümün qalan hissəsini buraxacağı açıqlanmışdı. Müdafiəçi İspaniya La Liqasının 33-cü turunda “Alaves”lə oyunun ilk yarısında meydanı yarımçıq tərk etmişdi.

Braziliya millisi Dünya Çempionatında Mərakeş, Haiti və Şotlandiya ilə C qrupunda oynayacaq.

Shares: