“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:
“Pis oynamadıq. İlk hissədə çox güc sərf etdik. Fasilədən sonra futbolçularda yorğunluq hiss olundu. Bəzi əsas oyunçularımızın da yoxluğu oyuna təsir etdi. Uşaqlara yenə də təşəkkür edirəm”.






