“Karvan-Yevlax” bu gün Misli Premyer Liqasının 29-cu turunda “Sabah”ın qonağı olub.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov 0:2 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:

“Oyuna hazırlaşarkən bilirdik çətin olacaq. “Sabah” çox keyfiyyətli komandadır. Turnir cədvəlində də bu özünü göstərir. Qırmızı vərəqənin rəqib üçün böyük üstünlüyü oldu. “Sabah”la 11 nəfərlə oynamaq belə, çətindir, nəinki 10 nəfərlə. Bundan sonra boşluqlar verdik.

Qarşıdakı oyunlara hazırlaşacağıq. Sona qədər mübarizə aparacağıq. Maksimum çalışırdıq ki, qapalı oynayaq ki, qol epizodu verməyək. Amma hesab 0:2 olandan sonra say bərabərləşdi. Bütün oyunçularıma əzmkarlığına görə təşəkkür edirəm”.

Shares: