“Həkim bir müddət öncə demişdi ki, məşqlərə başlaya bilərsən. Amma sonradan bildirdilər ki, olmaz”. Bunu futbolinfo.az saytına açıqlama verən “Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayev deyib.
O bildirib ki, həkimlər məşq etməsinə icazə vermirlər: “Açığı, bir az qaranlıq qaldı. Dedilər ki, iyun ayına qədər məşq edə bilməzsən. Mən də hazırda Bakıdayam və gözləməklə məşğulam. Klubu pisləmək istəmirəm, amma “Kəpəz” də mənimlə maraqlanmır. Ümumiyyətlə, heç bir klub maraq göstərmir. Hələ ki, gözləyirik”.
Qeyd edək ki, Veysəl Rzayev fevralın 3-də Gəncədə bıçaqlanmışdı.






