Azərbaycanın qadınlardan ibarət kamandan oxatma millisi Avropa çempionatında 1/8 finala yüksəlib.
Futbolinfo.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən turnirdə Çexiya yığmasını 6:2 hesabı ilə üsətələyən komanda adını növbəti mərhələyə yazdırıb.
Yığmamız sabah 1/8 finalda İtaliya ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan komandasının heyətində Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova yer alıb.
Azərbaycanın kamandan oxatma üzrə qarışıq komandası da bu yarışda 1/8 finala yüksəlib. Klassik yay proqramı üzrə yarışan oxatanlar Moldova yığmasını 5:3 hesabı ilə üstələyib. Azərbaycan təmsilçiləri sabah sözügedən mərhələdə Türkiyə millisi ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycan komandasının heyətində Məhəmmədəli Əliyev və Fatimə Hüseynli mübarizə aparırlar.






