“Beinsports” Avropada bu mövsüm ölkə çempionu olan klublarla bağlı araşdırma aparıb.
Futbolinfo.az xəbər verir ki, ilk dəfə qızıl medalları əldə edənlər, uzunmüddətli həsrətə son qoyanlar və ardıcıl çempionluq titulunu qoruyanlar bu mənada diqqət çəkib.
Birinci dəfə çempionluq sevinci yaşayanlar xüsusi qeyd olunub. Hazırda 2 belə komanda var ki, onlardan biri Misli Premyer Liqasının qalibi “Sabah”dır. Bildirilib ki, 9 ildir fəaliyyət göstərən Bakı təmsilçisi son 4 ilin çempionu “Qarabağ”ın hegemonluğuna son qoymağı bacarıb. İsveçrədə “Tyun” isə ilk çempionluq uzun bir əsrdən çox gözləməli olub. Belə ki, 128 illik klub, nəhayət ki, bu mövsüm kuboku muzeyinə aparıb.
Həmçinin İngiltərə, Avstriya, Danimarka, Rumıniya, Bolqarıstan və Macarıstanda illər sürən çempionluq həsrətinə son qoyulması vurğulanıb.






