2-ci Liqada 2025/26 mövsümünün mükafatçıları müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, “Xankəndi” qızıl, “Qaradağ Lökbatan” gümüş, “Quba” bürünc medal qazanıb.

Hər üç komanda tarixində ilk dəfə mükafatçılar sırasına düşüb. Uzun fasilədən sonra 2023-cü ildə bərpa olunan 2-ci Liqa ardıcıl 3-cü dəfə PFL-in bayrağı altında təşkil olunub.

Baş tutan üç mövsüm ərzində yalnız bir komanda – “Şahdağ Qusar” iki dəfə “üçlük”də yer alıb. Əvvəlki iki mövsümdə mükafat qazanan 5 komandanın hamısı cari çempionatda 1-ci Liqada mübarizə aparır.

MövsümI yerII yerIII yer
2023/24Baku SportinqCəbrayılŞahdağ Qusar
2024/25Şahdağ QusarŞəfaŞimal
2025/26XankəndiQaradağ LökbatanQuba
Shares: