2-ci Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün ən yaxşı bombardiri Cavid İmamverdiyevdir.
Futbolinfo.az xəbər verir ki, uzun fasilədən sonra 2023-cü ildə bərpa olunan və 3-cü mövsümü başa çatan turnirin ən məhsuldar oyunçusunun hesabında 65 qol var.
Daha iki futbolçu 60 qol səddini arxada qoyub. Elvin Nəsibovu rekordçudan 2 qol ayırır. Tural Qurbatov isə ikincilikdən bir top geridədir.
“Üçlük”dən başqa yalnız Vidadi Cəfərov 50-dən çox qol vurub. Onun aktivində 55 top var.
PFL bayrağı altında keçirilən 2-ci Liqanın 10 ən yaxşı bombardiri
- Cavid İmamverdiyev – 65
- Elvin Nəsibov – 63
- Tural Qurbatov – 62
- Vidadi Cəfərov – 55
- Elxan Məmmədov – 43
- Elariz Xəlilli – 42
- Valeh Seyidov – 41
- Tofiq Nəsibov – 33
- Famil Camalov – 30
- Bəhruz Teymurov – 27






