“Barselona”nın yarımmüdafiəçisi Qavi “Real” barədə danışıb. O, əzəli rəqibin düşərgəsində baş verənlərə münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, o deyib: “Madrid klubunda nə baş verdiyini bilmirəm. Amma Aurelien Çuameni ilə Federiko Valverdenin məşqdə dalaşması doğrudursa, onları məşqçi cəzalandırmalı idi. Uruqvaylı zədəli olmasaydı, yəqin bizimlə matçda oynayacaqdı. Nə o, nə Çuameni qalmaqalın baş verdiyi həftədə meydanda olmamalıydı”.
Xatırladaq ki, sözügedən cütlüyün məşqdə dalaşdığı bildirilir. Valverde həmin qalmaqaldan sonra zədəlidirsə, Çuameni “El Klasiko”da “Barselona”ya qarşı görüşdə meydana çıxmışdı.






