Beynəlxalq Basketbol Federasiyasının (FIBA) İntizam Komissiyası ukraynalı basketbolçular Oleksandr Kolçenko və Sergey Priymakı oyun nəticələrini saxtalaşdırmaqda və basketbol yarışlarına mərc etməkdə günahkar bilib.

“FIBA İntizam Komissiyası ukraynalı basketbolçular Oleksandr Kolçenko və Sergey Priymakı matç nəticələrini manipulyasiya, basketbol yarışlarına mərc etməkdə və məlum korrupsiya barədə məlumat verməməkdə günahkar bilib. Hər ikisi ömürlük basketboldan kənarlaşdırılıb. FIBA-nın araşdırması onların 2024 və 2025 mövsümlərində, o cümlədən 2025-ci ilin may ayında Şərqi Asiya Çempionlar Liqasının iki oyunu da daxil olmaqla, “Nayk Eyses” (Filippin) və “Adroit” (Sinqapur) arasında keçirilən matçların manipulyasiyasında iştirakını müəyyən edib.

İşi araşdırdıqdan sonra FIBA İntizam Komissiyası hər iki oyunçuya eyni sanksiyalar tətbiq edib: FIBA tərəfindən tanınan yarışlar da daxil olmaqla, oyunçu kimi istənilən FIBA və ya əlaqəli tədbirlərdə iştirak etməkdən və bu cür tədbirlərdə digər funksiyaları yerinə yetirməkdən ömürlük məhrumiyyət. Bu sanksiyalar həvəskar da daxil olmaqla, Ukraynadakı yarışlara şamil edilir”, – deyə FIBA-nın açıqlamasında deyilir.

Shares: