Sərgən Yalçınla yollarını ayıran “Beşiktaş”ın boş qalan baş məşqçi postuna namizədlər artıb.

Futbolinfo.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun İstanbul nəhənginə keçmək ehtimalı xeyli azalıb. Çünki “ağ-qaralar”ın rəhbərliyi komandaya rəhbərlik edəcək mütəxəssislərlə bağlı geniş siyahı hazırlayır.

Əcnəbi namizədlər sırasında Roberto Mançini, Razvan Luçesku, Ange Postekoqlu kimi adlar da var. Qətər klubu “Əl-Sədd”ə illik məvacibi 9 milyon avro olan Mançininin tələbləri çox yüksək hesab olunur. Luçeskunun durumu klubu PAOK (Yunanıstan) rəhbərliyi ilə keçiriləcək görüşdən asılı olacaq. “Olimpiakos”da məsləhətçi çalışan Postekoqlu isə yeni təklifləri dəyərləndirməyə hazırdır.

Digər namizədlərdən Bruno Genesio Fransada Marsel “Olimpik”i ilə anlaşıb. Yerli məşqçi Arda Turan isə alternativdir.

Shares: