“Neftçi”nin Misli Premyer Liqasındakı çıxışı Ukrayna mətbuatının diqqət mərkəzinə düşüb.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Yuri Vernidubun “ağ-qaralar”dakı fəaliyyəti ölkəsində xüsusi marağa səbəb olub.

Ötən ilin dekabrında “Neftçi”nin sükanı arxasına keçən Vernidub komandanı 4-cü yerə qədər daşımaqla Konfrans Liqasına vəsiqə qazandırıb. Ukraynalılar 60 yaşlı mütəxəssisi mövsümün ən uğurlu yerli mütəxəssislərindən biri kimi qələmə verib: “Yuri Vernidubun rəhbərliyi altında qısa müddətdə gücünə güc qatan “Neftçi” avrokuboklara vəsiqə qazanan 4 komandadan biri olmağı bacardı. Əlbəttə ki, bu uğurun memarı Vernidub oldu. Növbəti mövsüm azarkeşlər daha güclü “Neftçi” gözləyirlər. Ukraynalı yay fasiləsində heyətini gücləndirməklə növbəti mövsüm daha iddialı “Neftçi” göstərməyə çalışacaq. Şübhəsiz ki, bu mövsümün ən uğurlu ukraynalı məşqçiləri sırasında Vernidub ön sıralarda qərarlaşmalıdır”.

Qeyd edək ki, aktivində 56 xal olan “Neftçi” ölkə çempionatında son tur öncəsi 4-cü yeri təmin edib.

Shares: