“Panatinaikos”un baş məşqçisi Ergin Ataman klubdan ayrılacağı ilə bağlı şayiələri təkzib edib. O, hazırda komandasının məqsədinin Yunanıstan Liqasını qazanmaq olduğunu bildirib.

“Əlbəttə ki, mən də məyusam. “Dördlər Finalı”na qala bilməməyimiz yaxşı hal deyil. Hazırda məqsədimiz Yunanıstan Liqası titulunu qazanmaqdır. Medianın yazdığı hər şey nağıldır və bunlar birliyimizi sarsıtmaq təəssüratı yaratmaq cəhdinin bir hissəsidir. Hər şey qaydasındadır”, – deyə “BasketNews”a müsahibəsində Ataman qeyd edib.

Məşqçinin mümkün gedişi ilə bağlı şayiələr “Panatinaikos”un Avroliqanın pley-off mərhələsindən kənarlaşdırılmasından sonra yayılmağa başlayıb. Xatırladaq ki, Afina komandası ¼ finalda “Valensiya”ya uduzaraq (2:3) doğma arenada keçiriləcək “Dördlər Finalına” vəsiqəni əldən verib.

Shares: