Mövsümün ikinci “Böyük dəbilqə” turniri olan “Rolan Qarros”un püşkatma mərasimi keçirilib. Bu həftənin sonunda Parisdə başlayacaq yarışların favoriti Yannik Sinnerdir.

Keçən il çempion olan Karlos Alkarasın yoxluğunda ona əsas rəqib Novak Cokoviçdir. Serbiylı tennisçinin püşkdə müəyyən qədər bəxti gətirməyib. Onun ¼ finalda rəqibi torpaq kortlarda güclü olan Kasper Ruud ola bilər. Yarımfinalda isə Novakı Aleksandr Zverev gözləməlidir.

Qadın tennisçilər arasında isə favoritlər Koko Qauf, İqa Şvyontek və Arina Sabalenka sayılır. Dünya reytinqinin lideri torpaqda yaxşı oynamasa da, istənilən rəqib üçün arzuolunmazdır. Sabalenkanın ilk turda rəqibi Cessika Buzas Maneyro olacaq.

Shares: