Azərbaycan yığmasının üzvü Mahir Emreli Almaniya klubu “Kayzerslautern”dən ayrılacaq. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, o, artıq özünə yeni klub axtarır.

Buna səbəb isə 2-ci Bundesliqa təmsilçisinin baş məşqçisi Torsten Liberknextin hücumçuya oynamaq şansı verməməsidir.

“Kayzerslautern”lə 2028-ci ilin yayında bitəcək müqaviləsi davam edən futbolçu daha çox icarəyə getmək niyyətindədir. Hazırda agenti onunla bağlı axtarışları davam etdirir. Mahir daha çox meydanda olmaq, oynamaq niyyətindədir.

Emrelinin Polşaya dönmək ehtimalı da var. O, 2021-22-ci illərdə parlaq mövsüm keçirdiyi “Legiya”ya qayıda bilər.

Shares: