“Zirə”nin yarımmüdafiəçisi Anatoli Nuriyevin futbolinfo.az saytına müsahibəsi

— Mövsümü ümumilikdə necə dəyərləndirərdin? Komanda daha yaxşı nəticə göstərə bilərdi?

— Avrokuboklara vəsiqə qazana bilməmək bizim üçün pis oldu, buna görə də mövsümü çox uğurlu saymaq olmaz. Digər tərəfdən isə kuboku qazanmaq şansımız var idi, amma finalda məğlub olduq və çempionatda da avrokuboklara gedən yeri əldən verdik.

— Kubokun finalında keçmiş komandan “Sabah”la qarşılaşdınız. Hesabı açmağınıza baxmayaraq, üstünlüyü qoruya bilmədiniz. Sizə ağır oyun qrafiki təsir etdi, yoxsa rəqib daha güclü idi?

— Final çətin oldu. Uzun müddət üstünlüyümüzü qoruyub saxlaya bildik, amma “Sabah”ın haqqını vermək lazımdır, onlar hesabı bərabərləşdirib önə keçməyi bacardılar.

— Necə düşünürsən, “Zirə” növbəti mövsümdə daha uğurlu çıxış edə bilər?

— Əlbəttə ki, bəli. “Zirə” ardıcıl iki il çempionatda ikinci yeri tutaraq avrokuboklara vəsiqə qazanmışdı. Buna görə də səhvlər üzərində işləmək və növbəti mövsümü yüksək səviyyədə keçirmək lazımdır.

— Keçmiş komandan “Sabah” çempion oldu. Onların mövsümünü necə qiymətləndirirsən?

— “Sabah” möhtəşəm mövsüm keçirdi. Komanda çempionluğu rəsmiləşdirənə qədər cəmi bir oyunda məğlub oldu, üstəlik kuboku da qazandı. Onlara avrokuboklarda uğurlar arzulayıram.

— “Sabah”da kimi təbrik etdin? Yenidən orada olmaq istəyərdin?

— “Sabah”da keçirdiyim müddət ərzində yaxşı münasibətdə olduğum çox insan var idi, adlarını sadalamayacağam.

— Mövsüm ərzində öz oyununu necə qiymətləndirirsən?

— Mən indi olduğum yerdəyəm və bu, getmək barədə öz qərarım idi. “Sabah” rəhbərliyi də mənə anlayışla yanaşdı, buna görə onlara təşəkkür edirəm. Yaxşı başlamışdım, avrokubok oyunlarında iştirak etdim, amma sonra yeni baş məşqçinin yanında möhkəmlənə bilmədim. “Zirə”yə keçəndən sonra mövsümün son hissəsində daha çox oyun vaxtı aldım, amma düşünürəm ki, bu mövsüm mənim üçün uğursuz oldu, çünki çox az oynadım.

FƏRİD

Shares: