“Kristal Pelas” baş məşqçisi Oliver Qlasnerlə yollarını ayırdığını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis İngiltərə klubunun rəsmi saytına açıqlamasında azarkeşlərlə vidalaşıb.

2024-cü ildən komandaya rəhbərlik edən 51 yaşlı avstriyalı mütəxəssisin dövründə “qartallar” 3 turnirin – İngiltərə kuboku, İngiltərə superkuboku və UEFA Konfrans Liqasının qalibi olub.

Qlasner daha əvvəl Almaniyanın “Ayntraxt” (Frankfut), “Volfsburq”, Avstriyanın LASK, “Rid” və “Zalsburq” klublarına da rəhbərlik edib.

Shares: