İngiltərənin “Nyukasl” klubu 4 futbolçusu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, qapıçı Aaron Remsdeyl icarə müqaviləsinin müddəti başa çatdığı üçün məxsus olduğu “Sauthempton” klubuna geri dönəcək.
Müdafiəçi Mett Targett, eləcə də qapıçılar Con Raddi və Maks Tompsonun isə klubla başa çatan müqavilələrinin yenilənməməsinə qərar verilib.
Xatırladaq ki, Premyer Liqa təmsilçisi daha öncə Kiran Trippyer və Emil Kraftla da vidalaşmışdı.






