Çempionlar Liqasına vəsiqə qazanan “Komo” heyətini gücləndirir. İtaliya klubunun ilk hədəfi Sezar Palasiosdur.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi “Real”ın 21 yaşlı yarımmüdafiəçisi üçün təklif göndərib. Madridlilər oyunçusunu “Komo”ya icarəyə göndərməyə və ya Niko Pas nümunəsində olduğu kimi, sonradan geri almaq şərti ilə satmağa hazırdır.
“Komo”nun baş məşqçisi Sesk Fabreqas rəhbərlikdən keçidin həll olunmasını tələb edir. Hazırda tərəflər danışıqları davam etdirir.






