Londonda Formula 1 Komissiyasının bu il üçün ikinci iclası keçirilib. Qurumun mətbuat xidmətinin məlumatına görə, FIA və komanda nümayəndələri 2027-ci il Texniki və İdman Qaydalarına edilən bir sıra dəyişiklikləri müzakirə ediblər.
Əsas qərarlardan biri mövsümöncəsi testlərin müddətinin artırılması olub. Komandalar artıq mövsüm başlamazdan əvvəl üç gün əvəzinə dörd gün test keçirəcək.
Mövsümöncəsi testlərə məhdudiyyətlər də təsdiqlənib. Komandalar artıq Türkiyə və Portuqaliyadakı raundlar da daxil olmaqla, növbəti mövsümün təqviminə daxil edilə biləcək traslardan istifadə edə bilməyəcək.
Bundan əlavə, tərəflər gələcək avtomobillərin aerodinamik elementlərində və kuzov komponentlərində bir sıra kiçik dəyişikliklər barədə razılığa gəlib.
Qəbul edilmiş bütün düzəlişlər FIA Dünya Avtomobil İdmanı Şurası tərəfindən təsdiq edilməlidir.






