Braziliyalı televiziya aparıcısı və model Karolin Çavez ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatından əvvəl qeyri-adi bir addım atıb.
Çavez bütün bədənini futbolçuların təsvir olunduğu stikerləri ilə doldurub. Modelin sözlərinə görə, buna bir neçə yüz stiker lazım olub və proses təxminən yeddi saat çəkib.
Modelin bədəni Lionel Messi, Kriştianu Ronaldo, Vinisius Junior və digər futbol ulduzlarının – ümumilikdə təxminən 1000 oyunçunun təsvir olunduğu stikerlərlə örtülüb.
Televiziya aparıcısı artıq özünü qarşıdan gələn turnirin əsas ilham mənbəyi adlandırır.







