İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhemin şərəfinə Hollivud Şöhrət Xiyabanında ulduz yerləşdiriləcək. Mərasim 12 iyunda Los-Ancelesdə keçiriləcək.

Hollivud Ticarət Palatasının məlumatına görə, aktyor Tom Kruz və keçmiş futbolçunun həyat yoldaşı Viktoriya Bekhem tədbirdə iştirak edəcəklər. Ulduzun açılış mərasimi Dünya Çempionatında ABŞ-nin Paraqvayla oyunu ilə üst-üstə düşəcək.

Bekhem İngiltərə millisində 115 oyun keçirib. O, “Mançester Yunayted”, “Real”, “Milan”, PSJ və “Los-Anceles Qalaksi” klublarında oynayıb. Bekhem İngiltərə, İspaniya və Fransada liqa titullarını, eləcə də 1999-cu ildə Çempionlar Liqasını qazanıb.

Shares: