“Ferrari” komandası monakolu Şarl Lekler ilə çoxillik müqavilənin uzadılmasını elan edib.

28 yaşlı sürücünün İtaliya komandası ilə əvvəlki müqaviləsi 2029-cu ilə qədər idi. Yeni müqavilənin müddəti açıqlanmayıb.

“Mən bu bağa bütün qəlbimlə inanıram. Bu komandanın sadəcə yarışmaq deyil, daha çox şey təmsil etdiyinə inanıram. Və inanıram ki, sədaqət və etibar çox vacibdir! Hər şeyin bu qədər sürətlə irəlilədiyi bir dünyada belə dəyərlər bu gün mənim üçün daha çox şey ifadə edir. Bu müqavilənin uzadılması yalnız gələcəklə bağlı deyil. Bu, həm də birlikdə  yaşadığımız şeylər və davam etdirdiyimiz ənənələrlə bağlıdır”, – deyə Lekler açıqlamasında yazıb.

Lekler 2019-cu ildən bəri “Ferrari” komandasında sürücülük edir. O, 2022 Formula 1 mövsümünün vitse-çempionudur. Monakolu pilot F1-də 8 qələbə qazanıb. Builki çempionatının beş mərhələsindən sonra Lekler 75 xalla pilotların cədvəlində üçüncü yerdədir.

Shares: