Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq reqatanı uğurla başa vurub.

Futbolinfo.az xəbər verir ki, yarışa 4 nəfərlik heyətlə yollanan komandanın bütün üzvləri medal qazanıb.

İkinəfərlik kanoe qayığında mübarizə aparan Vaqif Mustafazadə və Fəxri Sadıqlı 200 metr məsafəyə yürüşdə 3-cü yeri tutublar.

İkinəfərlik kayak qayığında Sənan Cəfərzadə – Tahir Mövsümov cütlüyü 500 metr məsafədə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Sənan və Tahir 200 metr məsafəyə yarışda gümüş medala layiq görülüblər.

Shares: