Futbol üzrə Azərbaycan milli komandası bu gün Malta yığması ilə yoxlama oyunu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu rəqiblə Macarıstanda qarşılaşacaq.

Sombatxeydəki “Haladaş” stadionunda təşkil ediləcək oyuna saat 22:00-da start veriləcək.

Oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, millimiz bu ayında 9-da San Marino yığması ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
5 iyun

22:00. Azərbaycan – Malta
Baş hakim: Mixali Kaprali
Baş hakimin köməkçiləri: Balaş Buzaş, Bençe Belitsa
Dördüncü hakim: Tamaş Boqnar
(Hakimlər briqadası Macarıstandandır)
Sombatxey, “Haladaş” stadionu.

Shares: