Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
Futbolinfo.az xbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstanla qarşılaşacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq. Qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Millimiz hazırda bu qrupda 9 xalla 2-ci, Macarıstan yığması isə 10 xalla 1-ci pillədə qərarlaşıb. Şimali Makedoniyanın 3, Andorranın 1 xalı var.
Dünya çempionatının seçmə mərhələsi
C Liqası, 3-cü qrup
5 iyun
18:00. Azərbaycan – Macarıstan
Baş hakim: Vanya Yankoviç
Baş hakimin köməkçiləri: Staşa Şpur, Helena Buh
Dördüncü hakim: Aleksandra Çesen
(Hakimlər briqadası Sloveniyadandır)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.






