Oyunçuları ilə bir-bir vidalaşan “Karvan-Yevlax” heyətini qoruya bilmir. I Liqaya düşən bölgə təmsilçisi aparıcı legionerlərinin ardınca yerli oyunçularını da itirir.

Futbolinfo.az xəbər verir ki, yevlaxlıların kapitanı olan Vadim Abdullayev Premyer Liqada forma geymək istəyir. Bu üzdən o, “Karvan-Yevlax”la vidalaşıb.

Təcrübəli yarımmüdafiəçinin yeni klubu “Şamaxı” olacaq. Bu komandaya yenicə baş məşqçi təyin olunan Azər Bağırov Vadimlə razılıq əldə edib. Tezliklə münasibətlər rəsmiləşəcək.

Shares: