ABŞ Prezidenti Donald Tramp iyunun 9-a keçən gecə keçiriləcək Milli Basketbol Assosiasiyasında final seriyasının 3-cü oyununu canlı izləyəcək. Məlumata görə, o, “Nyu-York Niks”lə “San Antonio Spörz” arasında baş tutacaq qarşılaşma üçün “Medison Skver Qarden” arenasına gələcək.

Məsələ ondadır ki, bir müddət əvvəl arenada prezidentin mümkün səfəri ilə əlaqədar təhlükəsizlik xidmətlərinin xüsusi təlimatlandırıldığı bildirilmişdi.

Xatırladaq ki, mayın 27-də Ağ Evdə keçirilən toplantı zamanı Tramp artıq “Nyu-York”un oyunlarından birinə qatılmaq niyyətində olduğunu gizlətməmişdi. O, klubun sahibi Cim Dolanın onu dəvət edən şəxslər arasında olduğunu da vurğulamışdı.

Hazırda final seriyasında “Niks” 1:0 hesabı ilə öndədir.

Shares: