Rikkardo Kalafiori “Real”ın transfer hədəfinə çevrilib. Madridlilər universal müdafiəçini heyətinə qatmağa çalışır.

Futbolinfo.az xəbər verir ki, italiyalı oyunçu “Arsenal”da daimi əsas heyət üzvü deyil. Bu səbəbdən o özü də yeni iş yeri axtarır. İspaniya nəhənginin marağı isə göydəndüşmə olub.

24 yaşlı müdafiəçi iki il öncə “Bolonya”dan 43,7 milyon avroya transfer edilib. Onun londonlularla 2029-cu ilin yayınadək müqaviləsi var və dəyəri daha da artıb.

Shares: