“Sabah”ın yay təlim-məşq toplanışı üçün planı bəlli olub.
Bu barədə Futbolinfo.az-a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq. Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.
Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.






