2000-ci il olimpiya çempionu, sərbəst güləşçi Saqid Murtazaliyev ömürlük azadlıqdan məhrum edilib. Qərarı Rusiya Cənub Dairə Hərbi Məhkəməsi çıxarıb.

2015-ci ildən beynəlxalq axtarışda olan Murtazəliyev Dağıstanın Kizlyar bölgəsində ekstremizmlə mübarizə şöbəsinin rəhbər əməkdaşının qətlini təşkil etməkdə və silahlı dəstəni maliyyələşdirməkdə təqsirli bilinib. İstintaqın məlumatına görə, o, 2009–2010-cu illərdə qanunsuz silahlı birləşmənin üzvlərinə ümumilikdə 5,7 milyon rubl verərək sifarişli cinayətlərin həyata keçirilməsini təşkil edib.

Məhkəmə onun xüsusi rejimli cəzaçəkmə müəssisəsində ömürlük həbs olunmasına, 700 min rubl cərimələnməsinə, “Şərəf” ordenindən məhrum edilməsinə və 5,7 milyon rublun dövlət nəfinə müsadirə olunmasına qərar verib.

Shares: