Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə start verir.

Futbolinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv bu gün İsveç yığması ilə üz-üzə gələcək.

Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da başlayacaq.

Qeyd edək ki, milli növbəti matçını iyunun 7-də Estoniyaya qarşı keçirəcək.

Shares: