Milli Basketbol Assosiasiyasının rəhbəri Adam Silver Avropada yaradılması planlaşdırılan yeni basketbol liqasının inkişafı ilə bağlı son vəziyyəti açıqlayıb.

Silver bildirib ki, layihə müəyyən edilmiş qrafikə uyğun şəkildə irəliləyir və liqanın 2027/2028 mövsümündə fəaliyyətə başlaması gözlənilir: “Biz qrafikə ciddi şəkildə əməl edirik. Ümid edirik ki, liqa 2027/2028 mövsümündə Avropada fəaliyyətə başlayacaq. Biz doğru yoldayıq. İştirak etmək istəyən klubların yekun müraciətlərinin iyunun sonunda təqdim olunması nəzərdə tutulur. Yeni imkanlar bizi çox ruhlandırır”.

Qeyd edək ki, plana əsasən,  MBA-nın Avropadakı yeni liqası bir neçə Avropa ölkəsinin klublarını bir araya gətirəcək və Amerika liqasının himayəsi altında fəaliyyət göstərən basketbol Avroliqasına alternativ olacaq. ABŞ mətbuatının məlumatına görə, liqaya 1 milyard dollar sərmayə qoyulacaq.

Shares: