“Zirə” Eren Aydınla yeni müqavilə imzalayıb. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Rəşad Sadıqov futbolçunun çıxışından razı qalıb və onunla anlaşıb.

Türkiyəli yarımmüdafiəçi növbəti mövsümdə də zirəlilərin heyətində çıxış edəcək. Klub tezliklə bununla bağlı rəsmi açıqlama verəcək.

Eren bu ilin fevralında “Zirə”yə keçib. 23 yaşlı “Qalatasaray” yetirməsi 5 ay çıxış etdiyi Ukrayna “Veres”inə kimi yalnız Türkiyə klublarında forma geyib.

Shares: