Paraqvaylı tennisçi Daniel Valyexo “Rolan Qarros”da səsləndirdiyi mübahisəli fikirlərə görə üzr istəyib.

22 yaşlı idmançı müsahibəsində qadınların belə səviyyəli oyunları idarə edə bilməməsini dolayı yolla etiraf etsə də, fikrinin səhv anlaşıldığını bildirib: “Əslində, qadınların bu səviyyədəki matçları idarə etməyə qadir olmadığını hesab etmirəm. Mənim 22 yaşım var və bu təcrübədən nəticə çıxaracağam. Növbəti dəfə davranışlarıma və sözlərimə daha diqqətlə yanaşacağam”.

Xatırladaq ki, Fransa Açıq Çempionatının ikinci turunda keçirilən görüş zamanı Valyexo bir neçə dəfə kişi hakimin oyunu qadın hakim Ana Karvalyodan daha yaxşı idarə edəcəyini söyləmişdi.

Bu açıqlamalarına görə “Rolan Qarros” təşkilatçıları paraqvaylı tennisçini 65 min ABŞ dolları məbləğində cərimələyiblər. Həmin qarşılaşmada Valxejo fransalı tennisçi Moise Kuameyə 5 setdə məğlub olub.

Shares: