Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün növbəti görüşünü keçirəcək.

Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gələcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.

Shares: