“Real”ın basketbol komandası MBA-nın Avropada yaratmağı planlaşdırdığı yeni liqa layihəsinə qoşulmaq niyyətində deyil. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
Məlumata görə, “Real” hələlik Avroliqa turnirində çıxış etməyə üstünlük verir və yaxın gələcəkdə bu mövqeyini dəyişməyi planlaşdırmır.
Xatırladaq ki, MBA-nın Avropadakı yeni liqasının 2027-ci ilin oktyabrında fəaliyyətə başlaması nəzərdə tutulur. Layihəyə Avropanın aparıcı basketbol klubları ilə yanaşı, futbol nəhənglərinin dəstəyi ilə yaradılacaq yeni komandaların cəlb olunması planlaşdırılır. Potensial iştirakçılar arasında PSJ və “Mançester Siti” kimi tanınmış klubların adları çəkilir.
Qeyd edək ki, MBA bir müddətdir Avropada yeni basketbol liqasının yaradılması üzərində işləyir və layihənin detalları ilə bağlı müzakirələr davam edir.






