Tanınmış jurnalist Nikolo Skiranın verdiyi məlumata görə, “Tottenhem” yarımmüdafiəçi Sandro Tonali üçün “Nyukasl”a transfer təklifi etməyə hazırlaşır.

Mənbənin bildirdiyinə görə, London klubu 26 yaşlı futbolçu üçün 100 milyon avrodan çox pul ödəməyə hazırdır. Qeyd olunur ki, Tonalinin özü də “Nyukasl”dakı mərhələsini başa vurmuş hesab edir və komandadan ayrılmaq istəyir.

Tonali 2023-cü ilin yayından “Nyukasl”da çıxış edir. Ötən mövsümdə o, bütün turnirlər daxil olmaqla 53 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı Tonalinin bazar dəyərini 80 milyon avro qiymətləndirir. İtalyan futbolçunun “Nyukasl” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimidir.

Shares: