Almaniya millisinin və Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Niko Şlotterbek zədə səbəbindən iki aya qədər yaşıl meydanlardan uzaq qalacaq.
“Sky Sport”un verdiyi məlumata görə, MRT müayinəsindən sonra futbolçuda topuq oynağının medial kollateral bağının qırılması aşkar edilib.
Şlotterbek zədəni DÇ-2026-nın ikinci turu çərçivəsində Kot-d’İvuar millisinə qarşı keçirilən oyunun (2:1) ilk hissəsində alıb. O, fasilədə əvəzlənib. Çox güman ki, bundan sonra onu əsas heyətdə Antonio Rüdiger əvəz edəcək






