İtaliyanın “Napoli” klubu Massimiliano Alleqrinin əsas komandanın baş məşqçi postuna təyin olunduğunu elan edib.

Futbolinfo.az Neapol təmsilçisinə istinadən xəbər verir ki, mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

M.Alleqri futbolçu kimi 1997/1998 mövsümündə “Napoli”nin formasını geyinib. O, məşqçilik fəaliyyətinə 2003/2004 mövsümündə başlayıb.

Qeyd edək ki, M.Alleqri ötən mövsüm “Milan”ı çalışdırıb və komanda çempionatı 5-ci pillədə tamamlayıb.

Shares: